UEFA Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” matçında ikinci hissə başlayıb – YENİLƏNİB -5

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, Azərbaycan çempionunun üstünlüyü davam edir – 3:0.

“Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

***

Bakıda “Qarabağ” və “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

Median.Az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə üstün yollanıb – 3:0.

“Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.