Banqladeşdə etirazçılarla polis arasında yenidən toqquşmalar başlayıb

Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə etiraz edənlər kütləvi etirazları bərpa ediblər.

Artıq ölkənin müxtəlif bölgələrində yeni toqquşmalar başlayıb.

Səhər saatlarında polislər Banqladeşin şimal-şərqindəki Sylhet şəhərində Şahcəlal Elm və Texnologiya Universitetinin qarşısına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər.

Təhlükəsizlik qüvvələri Banqladeşin şimal-qərbindəki Dinajpur şəhərində də tələbələrin kütləvi etirazlarının qarşısını alaraq 10 nümayişçini həbs edib.
//TASS