AZTV-nin sədr müavini vəzifəsindən getdi – Başqa kanala rəhbər gətirilir

AZTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

AZTV-nin mətbuat katibi Rüfət Seyidov faktı KONKRET.az-a təsdiqləyib.

O bildirib ki, Rüfət Həmzəyev artıq AZTV-də çalışmır.

Məlumata görə, Rüfət Həmzəyev ingilis dilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AZTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.