Çində qasırğa 30 nəfərin həyatına son qoyub

Çinin mərkəzi Hunan əyalətində Qaemi qasırğası 30 nəfərin ölümünə, 35 nəfərin isə itkin düşməsinə səbəb olub.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aktiv şəkildə davam etdirilir.

Bildirilib ki, nəqliyyatın hərəkəti, elektrik enerjisi təchizatı və yerli telekommunikasiya şəbəkəsinin işi bərpa olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *