Bakıda 29 aptekdə planlı yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyul ayı ərzində 29 aptekdə yoxlama aparıb.

Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Bakıda 28 aptekdə planlı, bir aptekdə yoxlamadankənar təftiş keçirilib.

Yoxlamalar zamanı beş aptekdə nöqsanlar aşkarlanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *