Ağstafada gənc oğlan bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

Poylu kəndində 2005-ci il təvəllüdlü H.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *