Azərbaycan şahmatçısı liderlər qrupunda

Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında rapid və blits üzrə dünya çempionatı keçirilir.

Median.Az xəbər verir ki, azərbaycanlı şahmatçı Ayan Allahverdiyeva rapiddə 6 turdan sonra liderlər qrupunda yer alıb.

O, 20 yaşadək şahmatçılar arasında 4,5 xalla 3-cü pillədə qərarlaşıb. Xəzər Babazadə isə 3,5 xalla 14-cüdür. Sabah rapiddə son 3 tur baş tutacaq.

Qeyd edək ki, yarışın sonuncu günündə şahmatçılar blitsdə üz-üzə gələcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *