AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

O, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.

Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.

“Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *