Ötən gün ölkədə 65 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1.5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *