Liviyanın paytaxtında atəşkəs əldə edilib

Liviyanın paytaxtı Tripolidə müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.

Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usama Əli bildirib.

“Bölgədəki tərəflər – hökumət rəsmiləri ilə Prezident Şurası nümayəndələri hələlik Tripolidəki silahlı qruplar arasında atəşkəs elan edilməsi barədə razılığa gəliblər”, – U.Əli deyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *