Ermənistanda zəlzələ baş verib

Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub.

Median.Az Aralıq Dənizi Seysmoloji Xidmətinin məlumatına istinadən bildirir ki, zəlzələ ocağı İrəvandan 49 km aralı, Geqarkunik vilayətinin Yeranos yaşayış məntəqəsində yerləşib.

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) qeydə alınan zəlzələ 10 km dərinlikdə olub.

Dağıntı və itki barədə məlumat verilmir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *