Ötən gün ölkə ərazisində 35 kiloqramdan çox narkotik aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da və 11-də ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2.7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1.9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *