Bakıda qarajda yanğın olub

Bakının Nəsimi rayonunda qarajda yanğın olub.

APA xəbər verir ki, hadisə Süleyman Rüstəm küçəsi 33 ünvanında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *