Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? – RƏSMİ

Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.

Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən verilib.

“Epidemioloji vəziyyət nəzarət altındadır”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Afrikada meymunçiçəyi səbəbilə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilib və bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *