Sumqayıtda mənzildə qumbara partlayıb: Ölən var – FOTO (YENİLƏNİB)

Sumqayıtda baş verən partlayış hadisəsinin bəzi detalları bəlli olub.

Median.Az Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına istinadən bildirir ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Sergey Valentinoviç Truxin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

* * * * *

Sumqayıt şəhərində mənzildə partlayış olub.

“Report”un yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *