Azərbaycanda polis kapitanının ölümünün TƏFƏRRÜATI

Ötən gün Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib.

Baku.ws-in əldə etdiyi məlumata görə, onun vəfat etməsinə səbəb arı sancması olub. Belə ki, xidməti vəzifəsini icra edərkən polis əməkdaşını arı sancıb, onun halı qəfil pisləşib. Polis kapitanı xəstəxanaya aparılarkən həyatını itirib.

Qeyd edək ki, qohumlarının verdiyi məlumata görə, Zahid Müzəffər oğlu Mahmudov Xaçmazın Yalama yaşayış məntəqəsində sahə müvəkkili kimi çalışırmış.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *