Bakı-Tbilisi reysində sərnişinin halı pisləşdi, uçuş gecikdi

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysində təyyarənin uçuş saatı gecikib”.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov deyib.

O bildirib ki, hadisəyə səbəb sərnişinin halının pisləşməsi olub:

“Təyyarə yerli vaxtla 14:40-da uçmalı idi. Amma məlum səbəbə görə reys 15:18-də yola düşüb. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *