Zaqatalada 4 tona yaxın çətənə kolu məhv edildi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Dardoqqaz kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Ümumi çəkisi 3 ton 700 kiloqram olan 3083 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *