İranda terror aktı törətmək istəyən İŞİD-çilər saxlanılıb

İranda İŞİD terror qruplaşmasının 14 üzvü saxlanılıb.

Median.Az İran KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar ölkənin Tehran, Əlborz, Fars və Xuzistan əyalətlərində həyata keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Məlumata görə, İŞİD-çilər terror əməliyyatları keçirmək məqsədi ilə ölkəyə qanunsuz daxil olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *