“Beşiktaş” yeni transferini açıqlayıb

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Son olaraq Almaniyanın “Auqsburq” komandasında çıxış edən Feliks Uduokhai transfer edilib. Almaniya vətəndaşı olan 26 yaşlı müdafiəçi 2024/2025 mövsümünün sonunadək icarəyə götürülüb. “Ağ-qaralar” mövsümün sonunda oyunçunu almaq hüququna malikdir.

Qeyd edək ki, Feliks Uduokhai 2020-ci ildən Bundesliqa klubunun formasını geyinib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *