Taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü CƏZALANDIRILDI – VİDEO

Yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən “Toyota Prius” sürücüsünün kimliyi müəyyən olunub.

Bununla bağlı oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O qeyd edib ki, görüntülərdəki sürücü 1988-ci il təvəllüdlü T. Yusifov müəyyən edilərək ərazi üzrə Polis Şöbəsinə gətirilib.

“Barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb”.

Qeyd edək ki, ötən gün yol kənarında dayanaraq, taksi gözləyən xanıma qarşı qeyri-etik hərəkətlər edən sürücü ilə bağlı sosial şəbəkədə videogörüntü paylaşılmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *