Bakıda yolu keçən gənci avtomobil vurub

Bakının Sabunçu rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

1998-ci il təvəllüdlü Mahmudov Nurlan Kazım oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *