Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb

Fransanın paytaxtı Paris şəhərində “Vətənpərvərlər” Partiyasının mitinqində iştirak edənlər Avropa İttifaqının bayrağını cırıblar.

Report-un məlumatına görə, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot bildirib ki, Fransa müstəqilliyini möhkəmləndirmək üçün təcili olaraq Avropa İttifaqı və NATO-dan çıxmalıdır.

Aksiyaya toplaşan nümayişçilər “Yaşasın azadlıq!” şüarı səsləndiriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *