Durovun saxlanılması hücumun bir hissəsidir – Filippot

Teleqramın təsisçisi Pavel Durovun Fransada saxlanılması bütün dünyada Qərbin söz azadlığına qarşı başlatdığı kütləvi hücumun tərkib hissəsi idi.

Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

“Bunu görməmək üçün kor olmalısan. Biz söz azadlığına qarşı kütləvi hücumun şahidiyik”, – siyasətçi bildirib.

Onun sözlərinə görə, Durov əvvəllər Qərbdə Rusiyanın düşməni hesab olunurdu, amma indi o, Rusiyanı daha çox müdafiə edir, ona görə də Qərbin düşməninə çevrilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *