Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb – YENİLƏNİB

Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb.

Apa-nın yerli bürosunun məlumatına görə, qəzaya baxan bir neçə nəfəri hərəkətdə olan digər avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

***

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki “VAZ-2107” ilə “Toyota” və “VAZ-21011” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.