Azərbaycan FHN-in Amfibiya təyyarəsi İzmir-Urla istiqamətində meşə yanğınları ilə mübarizəyə cəlb olunub – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə səngiməyən güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
 
Bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
 
“Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir”, – məlumatda vurğulanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *