Bakıda qadın həmcinsinin evindən 8 minlik qızıl oğurladı

Bakının Nizami rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən L verilən xəbərə görə, polisə müraciət edən ev sahibəsi sentyabrın 5-də 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.