Odessada Gəncəyədək olan məsafəni göstərən lövhə quraşdırılıb

Odessa meriyasının qarşısında Azərbaycanın Gəncə şəhərinədək olan məsafəni göstərən lövhə quraşdırılıb.


Median.Az-nın məlumatına görə, bunu əks etdirən fotoşəkil “Telegram” kanallarında paylaşılıb.

Bildirilib ki, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin iyunun sonunda Odessaya səfəri zamanı hər iki şəhər arasında əməkdaşlıq münasibətlərinin mövcudluğu nəzərə alınaraq bu məsələ meriya qarşısında qaldırılıb.

Xatırladaq ki, Gəncə ilə Odessanın qardaşlaşması haqqında niyyət protokolu Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu il, dekabrın 17-də ölkəmizə rəsmi səfəri zamanı imzalanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *