Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, altı terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində PKK-nın bir, Suriyanın şimalındakı “Fırat Qalxanı” və Münbiç bölgələrində isə PKK/YPG-nin beş terrorçusu öldürülüb.

Nazirlik əməliyyatların davam edəcəyini bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *