Qusarda avtomobilin yükünü boşaldan sürücü həyatını itirdi

Qusarda yük avtomobili dərəyə aşıb.

“Report” xəbər verir ki, Piral kəndinin ərazisində 1972-ci il təvəllüdlü, Lökbatan qəsəbə sakini Alşanov Məmməd Gülhüseyn oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobilində olan mişardaşını boşaldan zaman həmin avtomobil dərəyə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *