Marşrut avtobusunda güclü yanğın: Sumqayıtda təhlükəli anlar – VİDEO

Sumqayıt şəhərində “AKIA” markalı 5 nömrəli avtobusun mühərrik hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə “Etilen-Polietilen” zavodunun qarşısında baş verib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *