Türkiyədə terrorçulara qarşı “Gürz-16” əməliyyatı keçirilib

Türkiyənin Van vilayətində terrorçulara qarşı “Gürz-16” əməliyyatı keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, aparılan kəşfiyyat işlərindən sonra zirehli texnikalar və “J-PUA”lar ilə yeri müəyyənləşdirilən terrorçu ATAK hücum helikopterləri vasitəsi ilə öldürülüb.

Terrorçunun adı hələ ki, açıqlanmayıb.

A.Yerlikaya terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *