8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb

Bakının Xətai rayonunda 8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *