Bakıda 47 yaşlı kişi özünü onuncu mərtəbədən atdı

Bakıda kişi özünü binadan ataraq intihar edib.

Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində, “Qobu Park-2” yaşayış kompleksi bina 23, mənzil 49 (10-cu mərtəbə) ünvanında baş verib.

Cəbrayıl rayon sakini 47 yaşlı Sənan Quliyev saat 00:10-da yaşadığı mənzilin mətbəxinin pəncərəsindən özünü atıb.

Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

İlkin məlumata görə, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub.