Göygöldə maşın qadınları vurdu: Ölən var

Göygöldə avtomobil piyadaları vurub.

Lent.az xəbər verir ki, hadisə şəhərin A.Kazımov küçəsində yerləşən restoranın qarşısında baş verib. Məntiq İlyas oğlu Mehdiyev idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadalar – Mətanət Arif qızı Əliyeva və Maral İsmayıl qızı Nəcəfovanı vurub.

Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.