Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində qeydə alınıb.

Cavid Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Elmira İsmayılovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *