Bakı metrosunda daha bir sərnişin qatar yoluna DÜŞDÜ: Hərəkət DAYANDIRILDI

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

“Report” xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu gün daha bir sərnişin Metronun “28 May” stansiyasında qatar yoluna düşərək ölüb.