Kürdəmirdə avtomobil su kanalına düşüb: Xəsarət alanlar var

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı minik maşını həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər – Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Nəzakət Ziyafət qızı Əsgərova və 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Bilqeyis Rüstəm qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *