İsrail atəşkəs şərtini irəli sürüb

İsrail Livanın cənubunda atəşkəs tətbiq etmək üçün şərt olaraq “Hizbullah” hərəkatının silahları yerə qoymasını və qüvvələrini iki ölkə sərhədinin şimalına çəkməsini tələb edib.

Bu barədə “Əl-Ərəbiyyə” telekanalı diplomatik mənbələrə istinadən xəbər verib.

Xatırladaq ki, İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda quru əməliyyatlara başladığını bəyan edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *