Bakıda həbsxanada daha bir ÖLÜM

Azərbaycanda məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Məhəmməd Nəbi oğlu Qazıyev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 33-cü ölüm hadisəsidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *