Lənkəranda öldürülən gəncin FOTOLARI (YENİLƏNİB)

Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

Median.Az
öldürülən gəncin fotolarını təqdim edir:


* * * * *

Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *