Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb – YENİLƏNİB-2

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Apa xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

***

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *