Şəkidə yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı iki nəfər Balakən rayon sakinləri 1981-ci il təvəllüdlü Əziz Aydın oğlu Kaltayev və 1962-ci il təvəllüdlü Fərman Ömər oğlu Kaltayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *