Sumqayıtda müəssisədə partlayış olub: Xəsarət alanlar var

Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev işlədikləri müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə hər 2 şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *