ABŞ Gürcüstanı “daha ​​ağır” nəticələrlə hədələyib

Amerika Birləşmiş Ştatları hökumətin kursunu dəyişməyəcəyi təqdirdə Gürcüstanı “daha ağır” nəticələrlə qarşılaşmaqla hədələyib.

Apa xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırdıq”, – deyə Miller bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *