Zərdabda boğularaq ölən məmur oğlu ilə bağlı yeni DETAL (YENİLƏNİB)

Zərdabda Yuxarı Şirvan kollektorunda balıq tutan zaman suya düşərək ölən şəxs epilepsiya xəstəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon ərazisində qayıqla balıq tutmaq istəyən 1994-cü il təvəllüdlü Murad Cümşüdlü suya yıxılaraq ölüb.

Məlumata görə, M.Cümşüdlünün epilepsiya xəstəsi olub. Onun xəstəlik tutması nəticəsində suya düşdüyü bildirilir.

* * * * *

Zərdabda balıq tutarkən həlak olan Murad Çümşüdlü məmur övladı imiş.

“Qafqazinfo”nun məlumatına görə, o, Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Rayon Qaz İdarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.

* * * * *

Zərdabda kişi kanalda boğulub.

“Report” xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *