Hökməlidə avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün rayonun Hökməli qəsəbəsində baş verib.

Belə ki, Məhəmməd Şücai idarə etdiyi “Hyundai Accent” avtomobili ilə piyada Vaqif Tağıyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *