Gəncədə minik maşını aşıb – Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2115 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *