Avtomobili ilə qadını vurub öldürdü

Astarada maşın piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndində baş verib.

Belə ki, Qismət Feyziyev idarə etdiyi VAZ-2104 markalı avtomobil ilə piyada Xəyalə Nəsirovanı vurub.

Hadisə nəticədə Xəyalə Nəsirova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *