Türkiyəli basketbolçu “Hyuston Rokets”də ilkə imza atıb

Alperen Şengün ardıcıl iki oyunda “tripl-dabl” edərək “Hyuston Rokets” tarixində ilkə imza atıb.

Türkiyə millisinin basketbolçusu Alperen Şengün “Hyuston Rokets”in heyətində “Çikaqo Bulls”a 143-107 hesabı ilə qalib gəldiyi matçda daha bir “tripl-dabl”a imza atıb.

Qeyd edək ki, Alperen cəmi 25 dəqiqə oynadığı matçda komandasına 20 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə töhfə verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *